Azərbaycan Dövlət CERT-i (CERT.GOV.AZ)
Rol: Qurucu və ilk rəhbəri
Məqsəd
Azərbaycanda dövlət səviyyəsində kiberinsidentlərə qarşı mübarizə və koordinasiya mexanizminin formalaşdırılması, dövlət informasiya sistemlərinin kibertəhlükələrdən qorunması və milli kibermüdafiə potensialının gücləndirilməsi. Dövlət CERT-inin yaradılması ilə kiberinsidentlərin aşkarlanması, təhlili və onlara operativ reaksiya verilməsi, kibertəhdidlərin monitorinqi, erkən xəbərdarlıq, dövlət qurumları arasında təhlükəsizlik məlumatlarının mübadiləsi və beynəlxalq CERT/CSIRT şəbəkələri ilə əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi hədəflənmişdir.
