INSIGHT ADVISORY

Təsisçi

Tural Məmmədov

Təsisçi və baş icraçı direktor

Kibertəhlükəsizlik | AI Governance | Rəqəmsal Dövlət və Dayanıqlılıq

Tural Məmmədov INSIGHT ADVISORY-nin təsisçisi və baş icraçı direktorudur. Onun peşəkar fəaliyyəti süni intellekt, rəqəmsal hökumət, yeni texnologiyalar, kibertəhlükəsizlik və beynəlxalq əməkdaşlığın milli dayanıqlığa, dövlət idarəçiliyinə və dövlətlərin gələcək inkişaf modelinə təsiri üzərində cəmlənir.

O, kibertəhlükəsizliyə yalnız İT funksiyası kimi deyil, rəqəmsal etimadın, texnoloji suverenliyin və milli dayanıqlığın təmin olunmasında strateji vasitə kimi yanaşır. Bu yanaşmada təhlükəsizlik milli maraqlar, iqtisadi inkişaf, dövlət xidmətlərinin davamlılığı və texnoloji transformasiya ilə birbaşa əlaqələndirilir.

Tural Məmmədov müxtəlif illərdə Azərbaycan Kiberdiplomatiya Mərkəzinin koordinatoru, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin informasiya təhlükəsizliyi üzrə rəhbəri (CISO), Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının katibi, Azərbaycan Dövlət CERT-inin (CERT.GOV.AZ) qurucusu və direktoru, OIC-CERT – İƏT ölkələrinin CERT təşkilatlarını birləşdirən beynəlxalq qurumun İdarə Heyətinin üzvü və “İnformasiya Təhlükəsizliyi” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.

Onun müəllifi olduğu və rəhbərlik etdiyi təşəbbüslər kiberdiplomatiya, kritik infrastrukturun müdafiəsi, milli rəqəmsal dayanıqlılıq, dövlət sektorunda kibertəhlükəsizliyin idarə edilməsi, praktiki kiberpotensialın inkişafı və informasiya təhlükəsizliyi üzrə institusional imkanların gücləndirilməsi kimi istiqamətləri əhatə edir.

Mürəkkəb məsələlər əsaslandırılmış qərarlar tələb edir.

Strategiya, texnologiya, süni intellekt, kibertəhlükəsizlik və ya idarəetmə üzrə prioritetlərinizi INSIGHT ADVISORY ilə müzakirə edin.